Воскресенье, 28.04.2024, 22:00
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 27 » Lənkəranın çörək sexlərinin birində nöqsanlar aşkarlanıb
12:43
Lənkəranın çörək sexlərinin birində nöqsanlar aşkarlanıb



Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran ərazi İdarəsinin  əməkdaşları tərəfindən keçirilən növbəti reyd bu gün rayonun Vilvan kəndində sahibkar Ağababa Əjdər oğlu Qasımova məxsus çörəkbişirmə sexində reallaşıb.  APA-nın Cənub bürosunun məlumatına görə, reyd  zamanı bir çox neqativ hallar , o cümlədən sexdə unun saxlanılması, xəmirin yoğrulması və bişirilməsi qaydalarının standartlara cavab vermədiyi, çörəyin  antisanitar vəziyyətdə bişirilərək istehlakçılara satıldığı aşkarlanıb. Reyd zamanı  həmçinin işçilər tərəfindən sanitar-gigiyenik normaların tələblərinə əməl olunmaması da ortaya çıxıb. 

 Nəticədə isə çörək sexinin rəhbərliyinə ciddi xəbərdarlıq edilməklə, iradnamə və tələbnamələr təqdim olunub,  qeyri-qənaətbəxş olduğu üçün sexin fəaliyyəti dayandırılıb.

Просмотров: 243 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031