Суббота, 27.04.2024, 12:12
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Февраль » 6 » Lənkəranın Balıqçılar kəndində baş verən insident zamanı saxlanılan şəxslərin məhkəməsi fevralın 15-də başlayacaq
20:09
Lənkəranın Balıqçılar kəndində baş verən insident zamanı saxlanılan şəxslərin məhkəməsi fevralın 15-də başlayacaq


Azərbaycanın Lənkəran rayonunun Balıqçılar kəndində baş verən insidentə görə saxlanılan şəxslərin məhkəməsinin vaxtı məlum olub.
Lənkəran Rayon Məhkəməsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən Lənkəran rayonunun Balıqçılar kənd sakinləri - 1951-ci il təvəllüdlü İsmayıl İsi oğlu Hüseynovun, 1978-ci il təvəllüdlü Xaliq Arif oğlu Ələkbərovun, 1984-cü il təvəllüdlü Farid Nizami oğlu Məmiyevin və 1993-cü il təvəllüdlü Kainat Ağaməcid oğlu Abbaszadənin cinayət işi üzrə məhkəmə prosesi fevral ayının 15-ə təyin olunub.
Qeyd edək ki, ötən il dekabrın 15-də gecə saatlarında Lənkəran rayonunun Balıqçılar kəndində yerli sakinlərlə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları arasında insident baş verib. İnsident sərhədçilərin balıq ovu ilə məşğul olan qəsəbə sakinlərini dənizə buraxmaması nəticəsində yaranıb. Hadisə zamanı polis əməkdaşları və yerli əhalidən xəsarət alanlar olub.
Просмотров: 260 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
272829