Понедельник, 29.04.2024, 04:59
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Ноябрь » 28 » LənkəranDövlət Humanitar Kollecində maarifləndirici tədbir keçirilib
22:53
LənkəranDövlət Humanitar Kollecində maarifləndirici tədbir keçirilib


Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi (CRDYNİ) Lənkəran Dövlət Humanitar Kollecində "Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirici tədbir keçirib. APA-nın Cənub bürosunun məlumatına görə, tələbə və müəllim kollektivlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə kollecin direktoru Şaban Şəfiyev açıb. Daha sonra FHN-nin CRDYNİ-nin rəisi Əşrəf Rəfiyevin "Yanğın mühafizəsi ətrafında region ərazisində görülmüş işlər və qarşıda duran vəzifələr”, CRDYNİ-nin Dövlət Yanğın Nəzarəti Şöbəsinin rəisi Elvin Şıxəliyevin "Yanğın təhlükəsizliyi:Qarşıda duran vəzifələr və onun həlli yolları”, FHN-nin Cənub Regional Mərkəzinin mülki müdafiə işinin təşkili şöbəsinin baş zabiti Rövşən Rzayevin "Tələbə və məktəblilərin mülki müdafiə biliklərinə yiyələnməsinin təşkili və mülki müdafiə işinin təkmilləşdirilməsi”, Lənkəran Dövlət Humanitar Kollecinin tarix müəllimi Nadir Axundovun "Ekoloji problemlər və yanğın təhlükəsizliyi” mövzusunda məruzələri dinlənilib.

Tədbirdə həmçinin mövzu ilə bağlı foto-slaydlar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Просмотров: 261 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930