Понедельник, 06.05.2024, 18:43
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Октябрь » 2 » Lənkəranda yük maşını ağaca çırpılıb, ölən və xəsarət alan var
16:22
Lənkəranda yük maşını ağaca çırpılıb, ölən və xəsarət alan var


Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lənkəran Rayon Polis Şöbəsindən (RPŞ) 
APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 03.00 radələrində rayonun Osakücə kəndi ərazisində qeydə alınıb. Havzava kənd sakini, 1986-cı il təvəllüdlü Raqib Allahverdi oğlu İmaməliyevin idarə etdiyi dövlət nömrə nişansız, "QAZ 53” markalı yük maşını idarəetmənin itməsi nəticəsində yolun kənarındakı ağaca çırpılıb. Güclü zərbə nəticəsində maşındakı sərnişin, rayonun Osakücə kənd sakini, 1990-cı il təvəllüdlü Şahin Natiq oğlu Sadıqov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Digər sərnişin - sürücünün qardaşı, 1995-ci il təvəllüdlü Ramal İmamzadə xəsarət alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 


Faktla bağlı RPŞ-də araşdırma aparılır. 

Просмотров: 251 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Октябрь 2012  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031