Суббота, 27.04.2024, 10:04
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Февраль » 6 » Lənkəranda yol qəzasında üç nəfər ağır xəsarət alıb
20:04
Lənkəranda yol qəzasında üç nəfər ağır xəsarət alıb


Azərbaycanın Lənkəran rayonunda üç nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələn ağır yol-nəqliyyat qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə bu gün saat 13.50 radələrində Ələt-Astara magistralının 190,6-cı kilometrliyində - Lənkəranın Liman şəhəri ərazisində qeydə alınıb.
Masallı rayonunun Əhmədli kənd sakini, 1987-ci il təvəllüdlü Samir Mənəf oğlu Səfərovun idarə etdiyi "VAZ-2107” markalı, 90 ES 573 dövlət nömrə nişanlı avtomobil Masallının Təklə kənd sakini, 1982-ci il təvəllüdlü Sübhan Qulaməli oğlu Kazımovun idarə etdiyi "VAZ-2107” markalı, 10 TR 789 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü və avtomobillərdən birinin sərnişini, Masallının Əhmədli kənd sakini, 1987-ci il təvəllüdlü Rəhman Hadı oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı DİN-nin BDYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Просмотров: 242 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
272829