Понедельник, 29.04.2024, 15:52
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2013 » Январь » 16 » Lənkəranda yol qəzasında iki nəfər xəsarət alıb
20:14
Lənkəranda yol qəzasında iki nəfər xəsarət alıb



Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 16-da saat 15.00 radələrində Lənkəran – Boradigah şose yolunun rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkərandan Boradigah istiqamətində hərəkətdə olan rayon sakini Ehtiram Rüstəmovun idarə etdiyi "Mercedes” markalı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı qaz borusuna çırpılıb və daha sonra  yaxınlıqdakı həyətlərdən birinin hasarını dağıdıb. Hadisə zamanı sürücü yüngül xəsarət alsa da, onun sərnişini, 27 yaşlı Lənkəran rayon sakini Turab Zöhrab oğlu Həbibov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisə yerində araşdırma aparan yol polisi əməkdaşlarının ilkin versiyasına görə,  qəzaya avtomobilin yüksək sürətlə idarə olunması səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

Просмотров: 254 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2013  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031