Пятница, 03.05.2024, 15:08
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2013 » Август » 18 » Lənkəranda yeni çay növləri yetişdirilir
13:59
Lənkəranda yeni çay növləri yetişdirilir



Lənkəran. Ağəddin Babayev-APA.  Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran çay və sitrus bitkiləri filialında yaşıl çayın yeni növlərinin yetişdirilməsinə başlanılıb. Bu barədə APA-nın cənub bürosuna filialın müdiri Fərman Abdullayev məlumat verib. Onun sözlərinə görə, həm məhsuldarlıq baxımından, həm də keyfiyyət göstəricilərinə görə əvvəlki yaşıl çay kollarından fərqlənən yeni növlər ənənəvi olaraq toxumla deyil, yeni çilik üsulu ilə əkilərək əldə olunur. Bunun üçün 260-dan çox yaşıl çay növünü öyrənən kənd təsərrüfatı mütəxəssisləri daha yaxşılarını artırmaqla onları bu sahədə çalışan fermerlərə təklif edirlər.

 

Artıq əldə olunan yeni çay növlərini cənub bölgəsindəki plantasiyalarda becərməyə başlayan fermerlərin qənaətincə, bu yaşıl çay növü əvvəlkilərdən məhsuldarlığına və keyfiyyətinə görə fərqlənir. Belə ki, əvvəlki çay sortlarından hər hektarda il ərzində 5-6 ton məhsul götürüldüyü halda, yeni növlərdən hektara 8-9 ton məhsul tədarük etmək mümkündür. Həm də yeni yaşıl çay növlərindən salınan plantasiyalarda ildə 10-11 dəfə məhsul yığımı həyata keçirilir.

 

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran çay və sitrus bitkiləri filialının bazası Lənkəranda 4 min, Astara və Masallıda 2 min, Lerikdə isə 500 hektar ərazidə yeni çay plantasiyaları salmağa imkan verir.

Просмотров: 237 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2013  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031