Четверг, 02.05.2024, 01:25
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2013 » Апрель » 11 » Lənkəranda yaşayış evində güclü yanğın olub
20:26
Lənkəranda yaşayış evində güclü yanğın olub



Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda güclü yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə aprelin 11-də saat 10.30 radələrində rayonun Şilavar kənd sakini, 1980-ci il təvəllüdlü Eldəniz İmaməli oğlu Mürşüdova məxsus fərdi yaşayış evində qeydə alınıb. Yanğının lokallaşdırılması üçün hadisə yerinə beş yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyü 50 kv.m sahədə, aynabəndin tavanı 24 kv.m sahədə və mətbəxi hissəsi əşyalarla birlikdə 12 kv.m sahədə yanaraq yararsız hala düşüb.

 

Faktla bağlı araşdırma aparılır.

Просмотров: 258 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Апрель 2013  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930