Суббота, 04.05.2024, 10:13
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Март » 10 » Lənkəranda yanğın hadisəsi baş verib
14:53
Lənkəranda yanğın hadisəsi baş verib


Lənkəranda güclü yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin Axundzadə küçəsi,10 ünvanında yaşayan İlham Firuz oğlu Əhmədova məxsus fərdi yaşayış evində qeydə alınıb. Yanğın baş verən zaman 4 nəfərlik ailə mənzildə yatdığından hadisədən xəbərsiz olub. Qonşunun hadisədən xəbər tutması ilə evin sakinləri, o cümlədən iki azyaşlı körpə faciədən qurtula bilib.

Hadisə yerinə dərhal FHN-nin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Təxminən bir saat ərzində yanğın tamamilə lokallaşdırılaraq, onun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə,  ümumi sahəsi 85 kvadratmetr olan 4 otaqlı ev yanğın nəticəsində yaşayış üçün yararsız hala düşüb.

      İlkin ehtimallara görə, yanğın elektrik naqillərindəki qısaqapanma səbəbindən baş verib. Hadisənin dəqiq səbəbi isə mütəxəssislərinin araşdırmalarından sonra məlum olacaq.

 

Просмотров: 260 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031