Пятница, 26.04.2024, 09:10
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 10 » Lənkəranda yanacaqdoldurma məntəqələrinə silahlı basqın edən şəxslər tutulub
17:55
Lənkəranda yanacaqdoldurma məntəqələrinə silahlı basqın edən şəxslər tutulub
 
Lənkəranda yanacaqdoldurma məntəqələrinə silahlı basqın edən şəxslər zərəsizləşdirilib. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Nizami Məhərrəmov məlumat verib.

Onun sözlərinə görə, rayonun Yuxarı Nüvədi kənd sakini Elvin Sakit oğlu Mürşidov tanışı Seymur Xeyrulla oğlu Əkbərovla birlikdə qabaqcadan əlbir olaraq gecə saatlarında rayonun Parakənd qəsəbəsi ərazisində yerləşən "Teymur Petrol" yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib. Üzlərinə maska taxan hər iki şəxs məntəqənin gözətçisi Ağamoğlan Həsən oğlu Həsənovu tüfənglə hədələyərək zor tətbiq etməklə kassada olan 40 manat pulu götürüblər.

Elvin Mürşüdov və Seymur Əkbərov  daha sonra rayonun Kosalar kəndi ərazisində yerləşən "LEN Petrol" yanacaqdoldurma məntəqəsinə eyni üsulla basqın edərək, məntəqənin operatoru Ramin Şəmsəddin oğlu  Əhmədovun üstünə tüfənglə hücum çəkməklə kassada olan 860 manat pulu ələ keçiriblər.

Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda təqsirli bilinən Elvin Mürşüdov və Seymur Əkbərov  yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Onların istifadə etdikləri tüfəng, maska və mənimsədikləri pulun müəyyən hissəsi maddi sübut kimi götürülüb. Daha sonra onların üzərlərinə baxış keçirilərkən narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq müsadirə olunub.

Dindirilmə zamanı hər iki şəxs törətdiyi əməli etiraf edərək bundan peşman olduqlarını bildirib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 181.2.1., 181.2.2., 181.2.3 və 181.2.5-ci maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Просмотров: 453 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728