Суббота, 27.04.2024, 08:35
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Февраль » 25 » Lənkəranda «Xocalı soyqırımı XX əsrin faciəsidir» mövzusunda konfrans keçirilib
14:56
Lənkəranda «Xocalı soyqırımı XX əsrin faciəsidir» mövzusunda konfrans keçirilib


Heydər Əliyev İdarəçilik Məktəbinin zalında Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş «Xocalı soyqırımı XX əsrin faciəsidir» mövzusunda konfrans keçirilib.
APA-nın Cənub bürosunun məlumatına görə, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri Yalçın Əliyev açaraq, bildirib ki, Xocalı faciəsi bir xalqa, millətə edilmiş soyqırımı olmaqla, ümumən insanlığa vurulmuş ən böyük zərbədir: "Təəssüf ki, insan hüquqlarından danışan dünyanın hegemon ölkələrinin əksəriyyətində bu soyqırımı tanınmır. Amma biz inanırıq ki, prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tez bir zamanda bütün dünya yüzlərlə qətliamın səbəbkarı olan qəddar, vəhşi ermənilərin əsl sifətini tanıyacaqdır”.
Lənkəran Dövlət Universitetinin tarix və fəlsəfə kafedrasının baş müəllimi Kamal Mahmudov geniş məruzəsində Xocalı faciəsinə siyasi-hüquqi qiymətin ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini xüsusi vurğulayıb və gəncləri bu qanlı tarixi unutmamağa çağırıb.
Sonra YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədr müavini Samir Salayev, gənc fəallardan Zeynəb Məmmədli, Nicat Əhmədli, Cəmil Ağayev və başqaları çıxış edərək Xocalı soyqırımının dəhşətlərindən, erməni faşistlərinin dinc Azərbaycan əhalisinə qarşı törətdikləri vəhşiliklərdən danışıblar.
Çıxışlarda bir daha tarixə nəzər salınaraq qeyd olunub ki, harada yaşamasından asılı olmayaraq azərbaycanlılar bu hadisələri unutmamalıdır və soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdan ötrü hər bir gənc fəallıq göstərməlidir.
Konfransın sonunda qəbul olunmuş müraciət internet şəbəkəsi ilə beynəlxalq təşkilatların elektron ünvanlarına göndərilib.
Просмотров: 282 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
272829