Суббота, 04.05.2024, 15:13
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Январь » 23 » Lənkəranda xeyli silah-sursat tapılıb
12:49
Lənkəranda xeyli silah-sursat tapılıb


Lənkəran. Ağəddin Babayev - APA. Yanvarın 23-də səhər saatlarında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Lənkəran şəhər şöbəsinin əməkdaşları tərəfindən Xəzər dənizi sahilində, rayonun "Dəhnə” deyilən ərazisində xeyli sayda silah-sursat aşkarlanıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının,  MTN-in və Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları cəlb olunublar. Əraziyə kənar şəxslərin daxil olmasının qarşısını almaq məqsədilə lazımi təhlükəsizlik tədbirləri görülüb.

 

Məlum olub ki, aşkarlanmış silah-sursat 4 ədəd "TM-62” markalı tank əleyhinə mina, 2 ədəd tank mərmisi və 80-dək avtomat gülləsindən ibarətdir. Hər hansı təhlükənin qarşısını almaq məqsədi ilə 1 kilometrədək ərazidə axtarış tədbirləri həyata keçirilib.

 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, tapılmış silah-sursat xüsusi qaydalarla zərərsizləşdiriləcək. 

Просмотров: 288 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031