Среда, 08.05.2024, 04:47
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 3 » Lənkəranda üç yanğın hadisəsi baş verib
16:51
Lənkəranda üç yanğın hadisəsi baş verib
 

Bu gün Lənkəran rayonunda üç yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin rəis əvəzi Saleh Ağayevin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisələrdən biri günorta saatlarında rayonun Liman şəhər sakini Kamil Adəm oğlu Hüseynova məxsus fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə üç yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə, ümumi sahəsi 120 kvadratmetr olan ev içindəki əşyalarla yanaraq yarasız hala düşüb. 
Digər yanğın hadisəsi rayonun Nərimanabad -1 qəsəbəsində baş verib. Yanğın nəticəsində yerli bələdiyyəyə məxsus ərazidə 1 hektara kimi kol-kos yanıb. Hadisə yerinə yetişən yanğınsöndürən briqadanın səyləri nəticəsində yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. 
Üçüncü yanğın hadisəsi isə rayonun Girdəni kəndində qeydə alınıb. Vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 tonadək ot tayası yanıb. Yanğınsöndürənlərin köməyi ilə yaxınlıqdakı ev və digər yardımçı tikililər yanğından mühafizə olunub.
Hər üç faktla bağlı araşdırma aparılır.
 
Просмотров: 256 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031