Понедельник, 29.04.2024, 01:07
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Ноябрь » 13 » Lənkəranda tut ağacı ikinci dəfə bar verib
19:38
Lənkəranda tut ağacı ikinci dəfə bar verib



Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın Lənkəran rayonunda qeyri-adi təbiət hadisəsi baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, rayonun Rvo kənd sakini İmran Məmmədovun fərdi həyətyanı sahəsindəki tut ağacı ikinci dəfə bar verib. İ.Məmmədov payızın son ayında bu cür hadisənin ilk dəfə şahidi olduğunu bildirib. Lənkəran Dövlət Universitetinin dosenti, biologiya elmləri namizədi Məmmədhüseyn Hüseynov isə APA-nın müxbiri ilə söhbətində tut ağacının il rəzində ikinci dəfə bar verməsini oktyabar ayının  isti keçməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, sükunət dövrünü yaşayan bitkilərdə ara-sıra yalançı oyanış baş verir və ağacda ehtiyat qidanın olması onun yenidən bar verməsi ilə nəticələnir.  Bioloq-alimin qənaətincə, bitkinin il ərzində ikinci dəfə bar verməsi çox hallarda onun sonrakı inkişaf dövrü üçün zərərli amil sayıla bilər. Çünki ehtiyat qidasını il ərzində ikinci dəfə bar verməyə sərf edən bitki yaz aylarında gücdən düşür və nəticə etibarı ilə növbəti ildə onun məhsuldarlığı aşağı düşür. 

Просмотров: 247 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930