Понедельник, 06.05.2024, 06:05
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 9 » Lənkəranda Türkiyənin Fəxri Konsulluğunun açılışı olub
08:24
Lənkəranda Türkiyənin Fəxri Konsulluğunun açılışı olub

Lənkəran. Ağəddin Babayev – APA. Sentyabrın 8-də Azərbaycanın Lənkəran şəhərində Türkiyə Respublikasının Fəxri Konsulluğu fəaliyyətə başlayıb.  

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə yerli hökumət strukturları ilə yanaşı, Azərbaycan və Türkiyənin diplomatik nümayəndəliklərinin əməkdaşları iştirak ediblər. 

Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dost və qardaş olan Azərbaycanla Türkiyənin siyasi və iqtisadi əlaqələrindən danışaraq, Fəxri Konsulluğun bu əlaqələrin daha möhkəmlənməsində mühüm rol oynayacağına əminliyini ifadə edib. 

Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Türkiyə Böyük Millət Məclisinin üzvləri Ahmet Arslan və Adnan Yılmaz da çıxış edərək, Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz olduğunu, iki dövlət arasında yaranmış qardaşlıq və dostluğun möhkəm təməl üzərində qurulduğunu bildiriblər.

Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar Fəxri Konsulluğun yerləşdiyi binada yaradılmış şəraitlə tanış olublar.

Türkiyənin Lənkərandakı fəxri konsulu Mais Mənsimov jurnalistlərə müsahibəsində iki qardaş ölkə arasında münasibətlərin daha da inkişafı, cənub bölgəsinin 7 rayonu üzrə konsulluq xidmətlərinin operativ və keyfiyyətli görülməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. 

Qeyd edək ki, sentyabrın 9-da Gəncə şəhərində Türkiyənin Baş Konsulluğunun yeni binasının açılışı olacaq.
 
Просмотров: 264 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930