Понедельник, 29.04.2024, 08:53
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 4 » Lənkəranda toyda bıçaqlanma olub
16:44
Lənkəranda toyda bıçaqlanma olub


Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Biləsər kəndində qeydə alınıb.    Yaşayış məntəqəsində təşkil olunmuş toy mərasimində iştirak edən qonaqlar arasında yaranan şəxsi münaqişə zamanı şəxsiyyəti məlum olmayan bir nəfər Biləsər kənd sakini, 1982-ci il təvəllüdlü Telman İsa oğlu Tahirova bıçaqla ağır bədən xəsarəti yetirib. Yaralı sol qasıq nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə təcili olaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda xəstəxananın reanimasiya şöbəsində olan T. Tahirovun vəziyyəti hələlik ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
 
Просмотров: 275 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031