Суббота, 27.04.2024, 05:51
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Март » 16 » Lənkəranda tiryəkxana aşkarlanıb
13:17
Lənkəranda tiryəkxana aşkarlanıb

Lənkəran şəhərində tiryəkxana aşkarlanıb. Bu barədəAPA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi, polis baş leytenantı Toğrul Hüseynov bildirib.

Onun sözlərinə görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Səməd Vurğun küçəsi, 72 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş İqbal Səfərə oğlu Həsənovun evində tiryəkxana təşkil etməsi məlum olub.  Aparılan axtarışlar zamanı evdən 31 bükümdə 1,5 qram narkotik vasitə olan heroin, 3 ədəd “Metodon” həbi, heroinin inyeksiya vasitəsi ilə qəbul edilməsi üçün istifadə olunan 46 ədəd şpris, digər ləvazimatlar, o cümlədən 1 ədəd elektron tərəzi və 1 ədəd soyuq silah hesab edilən beşbarmaq aşkar edilərək götürülüb. 

Əməliyyat-axtarış tədbiri zamanı İqbal Həsənovun evindən narkotik istifadəçiləri olan, əvvəllər eyni əməllərə görə məhkumluq həyatı yaşamış Lənkəran şəhər sakinləri Valeh İsmayıl oğlu Bədəlov, Rövşən Əlişan oğlu Sultanov və Elman Mirsadıq oğlu Quliyev aşkarlanaraq saxlanılıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 234.2 və 238-ci maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Просмотров: 268 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031