Пятница, 29.03.2024, 00:28
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2016 » Декабрь » 20 » Lənkəranda şəhid zabitin anım mərasimi keçirilib
20:19
Lənkəranda şəhid zabitin anım mərasimi keçirilib

Bu gün Lənkəran şəhər 7 saylı orta məktəbində bu təhsil ocağının məzunu olmuş, Azərbaycan Silahlı Qüvvələrinin şəhid zabiti Qalib Layim oğlu Zülfüqarlının anım mərasimi keçirilib. ?

 

APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, Qarabağ müharibəsi veteranları, məktəbin şagird və müəllimləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məktəbin direktoru Ülviyyə Əliyeva şəhid zabitin ömür yolundan danışıb. Diqqətə çatdırılıb ki, Qalib Layim oğlu Zülfüqarlı 1992-ci il dekabrın 20-də anadan olub. Lənkəran şəhər 7 saylı orta məktəbini bitirdikdən sonra 2010-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. 2014-cü ildə leytenant rütbəsi ilə  cəbhənin ön sıralarında hərbi xidmətini davam etdirib. Zabiti olduğu hərbi hissənin döyüşçüləri ilə birlikdə Qalib Zülfüqarlının döyüşlərdə fərqləndiyi, komandanlığın təşəkkürnamələri ilə  təltif olunduğu bildirilib.

Qeyd olunub ki, ötən il martın 27-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçi ölkə başçısı İlham Əliyevin tapşırığı və müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

Mərasimdə Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, Milli Qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev, Lənkəran Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Cəmil Axundzadə, Qarabağ Müharibəsi Əlilləri və Veteranları Cəmiyyətinin sədri Əbülfət Əliyev, müəllim Amil Qurbanov və digərləri çıxış edərək Vətən torpaqları uğrunda şəhid olmuş Qalib Zülfüqarlının daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gələcək nəsillərə örnək olacağını bildiriblər.

 

Şəhid leytenantın atası Layim Veysəlov göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Oğlunun Vətən uğrunda şəhidliyindən böyük iftixar hissi keçirən ata yeganə oğlu Qabillə birlikdə döyüşə atılmağa hazır olduğunu bəyan edib.

 

Anım mərasimində məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.

Просмотров: 258 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2016  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031