Среда, 01.05.2024, 13:41
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 4 » Lənkəranda ər arvadının boğazını kəsib
20:17
Lənkəranda ər arvadının boğazını kəsib
 
Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda kişi həyat yoldaşını bıçaqlayıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 4-də saat 15.00 radələrində rayonun Liman şəhərində qeydə alınıb.

 

Liman şəhər sakini, 1960-cı il təvəllüdlü Fərhad Zaman oğlu Həbibov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zəminə Əliş qızı Həbibovanın boğaz, qarın və sağ bilək nahiyəsinə bıçaqla zərbələr vurub.

 

Qadın ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Hazırda həkimlər qadını xilas etmək üçün lazımi tədbirlər görürlər.

 

Hadisəni törətmiş F. Həbibov könüllü polisə təslim olub.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda  araşdırmalara başlanıb.

Просмотров: 225 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031