Суббота, 27.04.2024, 14:20
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2013 » Январь » 1 » Lənkəranda Qarabağ əlilinə avtomobil hədiyyə verilib
19:24
Lənkəranda Qarabağ əlilinə avtomobil hədiyyə verilib



Lənkəran. Ağəddin Babayev – APA. Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində Lənkəranda II qrup Qarabağ əlilinə avtomobil hədiyyə edilib. APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran rayon Əhalinin Sosisal Müdafiə Mərkəzində  bu münasibətlə keçirilən tədbirdə mərkəzin direktoru Rafael Tahirov cıxş edərək əlillərə göstərilən dövlət qayğısından, onların sosial müdafiəsi, cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Azərbaycanın müstəqillik qazandıqdan sonra ölkədə cəmiyyətin bir hissəsi olan əlillərə dövlət qayğısının daha da artdığını xüsusi vurğulayan mərkəz direktoru bu sahədə bir çox qanunların qəbul olunduğunu, vaxtaşırı əlillərə mənzil və maşınların hədiyyə edildiyini, onlara verilən pensiya və təqaüdlərin ildən-ilə artdığını söyləyib:”Bu isə o deməkdir ki, respublikamızda əlillər, o cümlədən də Vətənimizin azadlığı uğrunda sağlamlığını itirmiş vətəndaşlar dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar”.

Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun adından Rəhimovlar ailəsini təbrik edən Rafael Tahirov II qrup Qarabağ əlili Rəhimov Natiq Ibrahim oğlu Rəhimova  "LİFAN” markalı avtomobilin açarını təqdim edib. II qrup Qarabağ əlili Natiq Rəhimov Yeni il ərəfəsində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ailə üzvləri adından minnətdarlığını bildiriib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2012-ci il ərzində 304 "Lifan” markalı avtomobili Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə təqdim edilib.

Просмотров: 189 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2013  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031