Понедельник, 29.04.2024, 10:06
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Ноябрь » 24 » Lənkəranda qanvermə aksiyası keçirilib
18:52
Lənkəranda qanvermə aksiyası keçirilib


Lənkəran. Ağəddin Babayev – APA. Qafqaz Müsəlmanları İdarəsinin Aşura günü ilə bağlı fətvasına əsasən bu gün Lənkəran şəhər Böyükbazar məscidində qanvermə aksiyası keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, saat 10:00-da başlayan aksiyada yüzlərlə rayon sakini iştirak edib. Mərkəzi Qan Bankının Lənkəran şəhər bölməsinin müdiri Telman Zülfiqarovun sözlərinə görə, aksiya zamanı tədarük edilən qan əsasən hemofiliya və talassemiyalı xəstələrin müalicəsi üçün istifadə olunacaq.

 

Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə isə APA-nın yerli bürosuna qanvermə aksiyasının sabah - Aşura günündə də davam etdiriləcəyini bildirib.

Просмотров: 216 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930