Суббота, 04.05.2024, 10:15
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Январь » 9 » Lənkəranda qanunsuz su istehsalı ilə məşğul olan sex aşkarlanıb
18:25
Lənkəranda qanunsuz su istehsalı ilə məşğul olan sex aşkarlanıb



Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhərində su istehsalı və satışı ilə məşğul olan qanunsuz sex aşkarlanıb. APA-nın cənub bürosunun məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Lənkəran Ərazi İdarəsinin əməkdaşlarının yanvarın 9-da şəhərin Əliağa Vahid küçəsində yerləşən fiziki şəxs Emin Məmiyevə məxsus qanunsuz fəaliyyət göstərən sexdə apardığı reyd zamanı həm də ciddi nöqsanlar üzə çıxarılıb.

 

Yoxlamalar zamanı məlum olub ki, sanitariya norma və qaydalarına məhəl qoyulmadan işləyən müəssisədə texnoloji təlimata əməl edilmir, istehsal olunan sular və şirələrin gigiyenik və uyğunluq sertifikatları yoxdur. Bundan əlavə, reyd zamanı müəssisədə ayrı-ayrı fiziki şəxslərə məxsus əmtəə nişanının adı ilə müxtəlif çeşiddə məhsulun istehsal olunduğu da müəyyənləşib. Həmçinin, hazır məhsulun sayının 15 min ədəddən çox olduğu da üzə çıxıb.

 

Məlumata görə, sözügedən istehsal sahəsindən götürülən nümunələr laboratoriya müayinəsinə göndərilib. Nəticələr məlum olduqdan sonra İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq sex sahibi barəsində müvafiq cəza tədbirinin tətbiq edilməsi nəzərdə tutulub. Sexin məhsullarının satışına isə qadağa qoyulub və qapıları möhürlənib.

Просмотров: 237 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031