Пятница, 29.03.2024, 08:25
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Март » 10 » Lənkəranda qanunsuz şirniyyat istehsalının qarşısı alınıb
11:31
Lənkəranda qanunsuz şirniyyat istehsalının qarşısı alınıb

Lənkəran şəhərində qanunsuz fəaliyyət göstərən sexdə şirniyyat istehsalının qarşısı alınıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran ərazi idarəsi tərəfindən daxil olmuş məlumat əsasında Lənkəran şəhəri, Nizami küçəsində yerləşən Səmədova Aliyə Mirzə qızına məxsus gizli və qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərən şirniyyat istehsalı ilə məşğul olan sexdə yoxlama aparılıb.

Araşdırma zamanı məlum olub ki, istehsal olunan şərq şirniyyatı paxlava, şəkərbura  və bulka məmulatları heç bir normativ sənəd, reseptura, gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunur. Həmçinin  istehsal zamanı istifadə olunan xammalların açıq və antisanitar şəraitdə saxlanması, mal qonşuluğuna əməl olunmaması, xammalın normativ sənədlərə uyğun olmadan qatılaraq hazırlanması faktları da aşkarlanıb.

Yoxlama nəticəsində sexdə şirniyyat istehsalı və satışı dayandırılıb, qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Просмотров: 357 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031