Воскресенье, 28.04.2024, 02:03
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Декабрь » 15 » Lənkəranda qəribə heyvan skeleti tapılıb
18:05
Lənkəranda qəribə heyvan skeleti tapılıb

Lənkəran. Ağəddin Babayev –APA. Lənkəran rayonunun  Göyşaban  kəndi ərazisində,  Xəzər dənizinin sahilində  qəribə heyvan skeleti tapılıb. APA-nın cənub bürosunun məlumatına görə, yerli sakinlər tərəfindən aşkarlanan skeletin uzunluğu təxminən 1,30 metrdir.

 

Skelet yırtıcı dişləri olan kəllədən, boyun fəqərələrinə bitişik qabırğa və onurğadan, həmçinin aşağı ətraf sümüklərindən ibarətdir.

 

Yerli sakinlər ərazidə iki ayağı və yırtıcı dişləri olan belə bir heyvana birinci dəfə rast gəldiklərini bildiriblər. Naməlum heyvan  Azərbaycan ərazisində nadir hallarda rast gəlinən çupakabraya bənzəsə də, bu skeletin yuxarı hissəsində  onun dördayaqlı olduğuna dəlalət edən hər hansı sümük çıxıntıları müşahidə olunmur.

 

Naməlum tapıntının aşkarlandığı əraziyə baxış keçirən Lənkəran Rayon  Baytarlıq İdarəsinin mütəxəssisləri də belə bir halla ilk dəfə rastlaşdıqlarını deyiblər.

 

Mütəxəssislər bildiriblər ki, bu tapıntı dəniz sahili ərazisində aşkarlansa da, dənizdə yaşayan heyvan deyil. Qəribə heyvanın cəsədinin bir müddət öncə baş verən daşqınlar nəticəsində sel suları ilə əraziyə gətirildiyi güman olunur.

 

Tapılan naməlum heyvan skeleti laboratoriyada ətraflı müayinə edilmək üçün Baytarlıq İdarəsi əməkdaşları tərəfindən götürülüb.           

Просмотров: 402 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2014  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031