Воскресенье, 28.04.2024, 08:45
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Декабрь » 4 » Lənkəranda poçt şöbəsini yarıblar
11:58
Lənkəranda poçt şöbəsini yarıblar


Lənkəranda oğurluq hadisəsi baş verib. Lənkəran Şəhər Polis Şöbəsinin müstəntiqi Famil Həsənovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə dekabrın 3-də gecə saatlarında şəhərin Fizuli küçəsində yerləşən 2 saylı poçt şöbəsində qeydə alınıb.


Şəxsiyyətləri hələlik istintaqa məlum olmayan naməlum şəxslər şöbənin içərisində pul tapa bilmədiklərindən xeyli sayda məişət avadanlıqları, o cümlədən regional poçt idarəsinə məxsus 2 ədəd kompüter dəstini, əhalinin işıq pullarının qəbulu üçün istifadə edilən Lənkəran elektrik şəbəkəsinə məxsus 1 ədəd kompüter dəstini, 1 ədəd printeri, 1 ədəd telefon aparatını oğurlayaraq özləri ilə aparıblar. Dəyən ziyanın ümumi məbləği təqribən 1500 manat təşkil edir.

Müstəntiq əməliyyat qrupunun hadisə yerinə baxış keçirdiyini və barmaq izlərinin götürüldüyünü bildirib.

Hazırda faktla bağlı araşdırma aparılır və oğruların aşkarlanıb istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri görülür.
Просмотров: 242 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2011  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031