Четверг, 25.04.2024, 17:14
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2017 » Январь » 1 » Lənkəranda ova gedən kişinin meşədə meyiti tapılıb
10:28
Lənkəranda ova gedən kişinin meşədə meyiti tapılıb

Bu gün səhər saatlarında Lənkəran rayonunun Ləj kəndi ərazisində kişi meyiti tapılıb.

 

APA-nın cənub bürosunun məlumatına görə, onun Ləj kənd sakini, 1971-ci il təvəllüdlü Sərxan Daməd oğlu Əliyev olduğu məlum olub.

 

Məlumata görə, S.Əliyev ötən gün səhər saatlarında ov etmək məqsədilə meşəyə gedib və evə qayıtmayıb. Meyitin müayinəsi zamanı hər hansı zorakılıq əlamətləri və ya güllə izi aşkarlanmayıb. İlkin ehtimallara görə, mərhum ürəktutmadan ölüb.

 

S.Əliyevin ölümünün dəqiq səbəbləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinin həkim-ekspertlərinin çıxaracağı yekun rəydən sonra məlum olacaq.

 

Fakta bağlı araşdırma aparılır.

Просмотров: 289 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2017  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031