Суббота, 04.05.2024, 14:28
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Январь » 31 » Lənkəranda orta məktəbdən təlim üçün nəzərdə tutulmuş tüfənglər, qumbaralar və patronlar oğurlayan şəxslər tutulub
20:18
Lənkəranda orta məktəbdən təlim üçün nəzərdə tutulmuş tüfənglər, qumbaralar və patronlar oğurlayan şəxslər tutulub


Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda şəhər məktəblərinin birindən oğurluq edən 4 nəfərlik dəstə zərərsizləşdirilib. Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Pərviz Əsədzadə verib.

 

Onun sözlərinə görə, bir neçə gün öncə şəhər 2 saylı orta məktəbin anbarından təhsil müəssisələri üçün nəzərdə tutulmuş inventarların oğurlanması ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Dərhal əməliyyat qrupu yaradılıb və oğruların axtarışına başlanılıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində oğurluq hadisəsini törətmiş Lənkəran şəhər sakinləri Məhəmməd Tahir oğlu İbrahimzadə, Niyaz Fəyaz oğlu Əlizadə, Şakir Qulam oğlu Nəsirov, Ramin Rəhman oğlu Qəmbərov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

 

İlkin dindirmə zamanı saxlanılan şəxslərin şəhərdəki 2 saylı orta məktəbdən bir neçə dəfə oğurluq etdikləri məlum olub. Belə ki, onlar məktəbin anbarından müxtəlif inventarlar, həmçinin arxiv otağın seyf qapısını sındırmaqla oradan təlim məqsədi üçün nəzərdə tutulmuş 4 ədəd tir tüfəngi, 2 ədəd "F-1”, 3 ədəd "RQD-5” qumbarası və patronlar oğurlayıblar.

 

İstintaq zamanı məktəbdə müxtəlif vaxtlarda törədilən oğurluq hadisəsinə burada gözətçi işləyən Ramin Qəmbərovun bələdçilik və başçılıq etdiyi üzə çıxıb.

 

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi açılıb, dəstənin digər oğurluq işlərində iştirakları və bundan əvvəl məhkumluqlarının olub-olmadıqları araşdırılır.


Просмотров: 270 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031