Понедельник, 06.05.2024, 04:59
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 3 » Lənkəranda orta ixtisas məktəblərinə qəbul imtahanlarında 2600 abituriyent iştirak edib
07:20
Lənkəranda orta ixtisas məktəblərinə qəbul imtahanlarında 2600 abituriyent iştirak edib


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sentyabrın 2-də 2012-2013-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirib. APA-nın yerli bürosunun məlumatına görə, cənub rayonlarının abituriyentləri üçün imtahanlar Lənkəran şəhərində beş binada  təşkil olunub. İmtahanlar Bakıdan dəvət olunmuş 20 nəfər imtahan rəhbərinuin və 205 nəfər yerli nəzarətçinin iştirakı ilə keçib. Ümumilikdə imtahanlara cənub bölgəsinin rayonlarından 2600-dən çox abituriyent qatılıb. 1,5 saat ərzində onlar Azərbaycan dili, Azərbaycan tarixi və riyaziyyat fənləri üzrə hər biri 15 sual olmaqla 45 suala doğru cavab verməli olublar.

TQDK-nin Lənkəran regional bölməsinin müdiri Əbdüləhəd Bağırovun sözlərinə görə, şəhər 5 saylı orta məktəbin binasında keçirilən imtahanda 6 abituriyent iştirak etməyib, bir abituriyentdə isə mobil telefon aşkar olunduğundan o, imtahana buraxılmayıb:” Lənkəranda keçirilən imtahanlar sərbəst və tələb olunan səviyyədə başa çatıb. Digər mənfi hallar və qanun pozuntusu qeydə alınmayıb”.

Просмотров: 232 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930