Воскресенье, 28.04.2024, 22:35
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Ноябрь » 19 » Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib
16:14
Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib



Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə ötən gün saat 16.30 radələrində rayonun Digah kəndi ərazisində qeydə alınıb. Rayon sakini İmaməli Səfərovun idarə etdiyi "QAZ-52” markalı yük maşını qəfildən idarəetməni itirərək yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

 

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Просмотров: 231 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930