Воскресенье, 28.04.2024, 17:45
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Декабрь » 28 » Lənkəranda maskalı şəxslər supermarketə basqın edib
11:48
Lənkəranda maskalı şəxslər supermarketə basqın edib
 
Lənkəranda oğurluq hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının rayonun Şilavar kəndi ərazisindən keçən hissəsində yerləşən “Panda” supermarketində qeydə alınıb.

İki maskalı şəxs ticarət obyektinin qapısını sındırmaqla içəri daxil olub, oradan 130 manat nağd pul, mobil telefon sim kartları və 10 blok siqaret - ümumilikdə 3000 manatlıq malı götürərək qaçıblar. Oğruların hərəkətləri supermarketdə quraşdırılmış nəzarət kamerasına düşüb.  

Hadisə barədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilib. Hazırda oğurluq edən şəxslərin tapılaraq istintaqa cəlb olunması istiqamətində iş aparılır.

Qeyd edək ki, “Panda” supermarketində bir müddət əvvəl də oğurluq hadisəsi baş verib.

Просмотров: 224 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2014  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031