Суббота, 27.04.2024, 15:32
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Февраль » 17 » Lənkəranda maşın su kanalına düşüb, üç nəfər ağır xəsarət alıb
20:42
Lənkəranda maşın su kanalına düşüb, üç nəfər ağır xəsarət alıb


Lənkəranda ağır yol-qəza hadisəsi baş verib.


Lənkəran Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə bu gün saat 15:00 radələrində şəhərin Səttarxan küçəsində qeydə alınıb.
Şəxsiyyətləri hələlik məlum olmayan 3 nəfər şəhər sakini "VAZ-2107” markalı, "10 EJ 704” dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən maşın idarəetməni itirərək yolun kənarındakı su kanalına yuvarlanıb. Nəticədə avtomobil yarasız hala düşüb, sürücü ilə iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasından isə APA-nın yerli bürosuna verilən məlumata görə, sözü gedən qəza nəticəsində buraya cəmi bir nəfər - Ruslan İsmayılov adlı şəxs müraciət edib və ona müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Просмотров: 269 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
272829