Суббота, 27.04.2024, 10:24
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Декабрь » 6 » Lənkəranda maşın elektrik dirəyinə çırpılıb, sürücü yaralanıb
21:32
Lənkəranda maşın elektrik dirəyinə çırpılıb, sürücü yaralanıb


Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın Lənkəran rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) növbətçi hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə dekabrın 6-da saat 17.00 radələrində Lənkəran- Boradigah sosesinin rayonun Cil kəndindən keçən hissəsində qeydə alınıb. Rayon sakini, 1986-cı il təvəllüdlü Rahid Rafiq oğlu Hüseynovun idarə etdiyi "VAZ-2107” markalı, 42 BP 160 dövlət nömrə nişanlı avtomobil qəfildən idarəetməni itirərək yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Güclü zərbənin təsirindən elektrik dirəyi aşıb, yararsız hala düşmüş avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Просмотров: 235 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31