Пятница, 29.03.2024, 02:01
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 19 » Lənkəranda keçmiş məhkumun evində tiryəkxana aşkarlanıb
17:48
Lənkəranda keçmiş məhkumun evində tiryəkxana aşkarlanıb

Lənkəranda keçmiş məhkumun evində tiryəkxana aşkarlanıb.APA-nın cənub bürosunun məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional  şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyevin evində  tiryəkxana təşkil etməsi müəyyənləşdirilib.  

 

Əməliyyat zamanı polis ev sahibi ilə yanaşı daha 5 nəfər narkotik istifadəçisi olan 45 yaşlı Mahir Sadıqovu, 42 yaşlı Elçin Abdullayevi, 47 yaşlı İbad Əliyevi, 63 yaşlı Sadiq  Məmmədovu və 43 yaşlı Cavid Tağıyevi yaxalayıb. Evə baxış keçirilən zaman isə oradan 8 bükümdə narkotik vasitə olan tiryək, 41 bükümdə heroin, 2 ədəd şprisə doldurulmuş hazır məhsul, 2 ədəd elektron tərəzi, xeyli sayda şprislər və narkotik məhlullarının hazırlanmasında istifadə olunan ləvazimatlar və digər maddi sübutlar aşkarlanaraq götürülüb.

 

Faktla bağlı toplanmış materiallar Lənkəran Şəhər-Rayon  Polis Şöbəsinin istintaq bölməsinə təhvil verilib, araşdırmalar davam etdirilir.

Просмотров: 208 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728