Воскресенье, 28.04.2024, 17:44
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Декабрь » 27 » Lənkəranda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb
17:00
Lənkəranda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb
 
Lənkəran. Ağəddin Babayev -APA. Lənkəranda qətl hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə şəhər ərazisində qeydə alınıb.

Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Cəbrayıl İlqar oğlu Ağayev şəxsi münaqişə zəminində həmyerliləri olan iki qardaşı - 1989-cu il təvəllüdlü Camal və 1988-ci il təvəllüdlü Kamal Zakir oğlu Məmmədovları bıçaqla vuraraq, onlara müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirib.

Hər iki yaralı yaxınları tərəfindən dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Camal Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Hazırda MRX-nin cərrahiyyə şöbəsinə yerləşdirilmiş Kamal Məmmədovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Rayon hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Cəbrayıl Ağayev yaxalanıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Просмотров: 218 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2014  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031