Пятница, 29.03.2024, 14:48
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Март » 23 » Lənkəranda iki mikroavtobus toqquşdu: 8 yaralı
18:28
Lənkəranda iki mikroavtobus toqquşdu: 8 yaralı
 
Lənkəranda iki mikroavtobus toqquşub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə martın 23-də saat 12.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Veravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəran şəhər sakini Kazım Əzizovun idarə etdiyi “Mercedes” markalı, 10 NC 952 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu hərəkətdə olarkən sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “Mercedes” markalı, 10 NU 769 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu arxadan ona çırpılıb.
Güclü zərbədən öndəki mikroavtobus yoldan çıxaraq aşıb.
 
Nəticədə nəqliyyat vasitəsindəki sərnişinlərdən 8-i - 80 yaşlı İsrafil Quluzadə, 54 yaşlı Məmləkət Rzazadə, 42 yaşlı Əfləddin Məlikov, 62 yaşlı Asya Cahangirova, 48 yaşlı Elza Məhərrəmova, 52 yaşlı Həqiqət Əhədova, 21 yaşlı Ramin Quluzadə və 50 yaşlı Cəmalə Əzimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 
 
Qəzanın dəqiq başvermə səbəbləri keçirilən avtoekspertizanın rəyindən sonra məlum olacaq.
 
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
Просмотров: 260 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031