Воскресенье, 05.05.2024, 12:10
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Май » 1 » Lənkəranda II Respublika dekorativ-tətbiqi sənət Festivalının sərgisi keçirilib
17:34
Lənkəranda II Respublika dekorativ-tətbiqi sənət Festivalının sərgisi keçirilib



Bu gün Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının foyesində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə II Respublika Dekorativ – Tətbiqi Sənət Festivalı çərçivəsində xalq sənətkarlığı nümunələrinin nümayişi olub. APA-nın cənub bürosunun məlumatına görə, sərgidə Lənkəranla yanaşı, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan, Saatlı, Sabirabad, Şirvan, Neftçala və İmişli rayonlarının sənət ustalarının əl işləri nümayiş etdirilib. Tədbirin açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov festivalın keçirilməsində əsas məqsədin xalq sənətkarlıq nümunələrinin nümayişi  və təbliği işinə, habelə, xalq sənətkarlığının yeni nümunələrinin yaradılmasına güclü stimul verməkdən ibarət olduğunu bildirib.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Səmədağa Abdullayev, Rəssamlıq Akademiyasının professoru Ədhəm Yusifov,  Bakı Xalçaçılıq Muzeyinin direktoru Röya Tağıyeva və başqaları da çıxışlarında belə tədbirlərin keçirilməsinin xalq sənətkarlığı nümunələrinin yaşamasında böyük əhəmiyyət daşıdığını vurğulayaraq, bu istiqamətdə görülən işlərdən söz açıblar.

Daha sonra bir neçə dekorativ-tətbiqi sənət nümunələrinin sahiblərinə sərgidə iştiraklarına görə Respublika Mədəniyyət və Turizm Nazirliyinin Fəxri fəmanları təqdim olunub.

 Qeyd edək ki, Lənkəranda keçirilən II  Respublika Dekorativ – Tətbiqi Sənət Festivalının sərgisi mayın 5-dək davam etdəcək və burada münsiflər heyəti tərəfindən seçilmiş əsərlər bu ilin dekabr ayında Bakı şəhərində təşkil olunacaq Festivalın yekun sərgisində nümayiş olunaraq mükafatlandırılacaq.

Просмотров: 296 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2012  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031