Суббота, 04.05.2024, 12:03
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Январь » 22 » Lənkəranda Həzi Aslanovun doğum günü qeyd olunub
19:41
Lənkəranda Həzi Aslanovun doğum günü qeyd olunub



Lənkəran. Ağəddin Babayev - APA. Azərbaycanın mahir tankçısı və cəsarətli komandir kimi keçmiş SSRİ-nin hər yerində tanınan iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun doğum günü münasibətilə bu gün Lənkəranda onun adını daşıyan xatirə parkında tədbir keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, mərasimdə rayonun icra strukturlarının rəhbərləri, müharibə veteranları, gənclər, ictimaiyyət nümayəndələri qatılıblar.

 

Tədbirdə çıxış edən natiqlər igid soydaşımızın Böyük Vətən müharibəsində göstərdiyi misilsiz şücaətindən, qəhrəmanlığından danışıblar. Bildirilib ki, Həzi Aslanov 35 illik qısa ömründə keçmiş ittifaqın bütün hərbi orden və medallarına layiq görülən nadir hərbçilərdən biridir. O, eyni zamanda iki dəfə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülən yeganə azərbaycanlıdır.

 

Sonra "Gənc Aslanovçular klubu” üzvlərinin ifasında qəhrəmanlıq ruhlu ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Tədbir Həzi Aslanovun abidəsi önünə əklil və gül dəstələrinin qoyulması ilə başa çatıb.

 

Qeyd edək ki, Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub.


Просмотров: 269 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031