Вторник, 07.05.2024, 09:00
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 7 » Lənkəranda həyətdə qazılan quyudan qaz püskürüb, bir nəfər ölüb, bir nəfər zəhərlənib
10:15
Lənkəranda həyətdə qazılan quyudan qaz püskürüb, bir nəfər ölüb, bir nəfər zəhərlənib


Azərbaycanın Lənkəran rayonunda bədbəxt hadisə baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə avqustun 6-da saat 20.00 radələrində rayonun İstisu qəsəbəsində qeydə alınıb.   Rayonun Girdəni kənd sakini, 1987-ci il təvəllüdlü Tərlan Mirzəbala oğlu Həmidov bacısının fərdi həyətyanı sahəsində əl üsulu ilə quyu qazıb. Ona əmisi oğlu, İstisu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Samid Həsən oğlu Abdullayev köməklik göstərib. Quyunun 6 metr 60 santimetr dərinliyində qəfildən qaz püskürüb və T. Həmidov hadisə yerindəcə dünyasını dəyişib. S. Abdullayev isə zəhərlənmə diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. 
Просмотров: 254 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031