Четверг, 18.04.2024, 09:21
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 22 » Lənkəranda general Həzi Aslanovun 105 illiyinə həsr olunmuş mərasim keçirilib
20:37
Lənkəranda general Həzi Aslanovun 105 illiyinə həsr olunmuş mərasim keçirilib

Lənkəran. Ağəddin Babayev - APA. Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 105 illiyi onun doğulduğu Lənkəranda qeyd olunub. 

APA-nın cənub bürosunun məlumatına görə, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında keçirilən mərasimdə teatrın aktyoru, Azərbaycanın xalq artisti Qabil Quliyev  çıxış edərək, Həzi Aslanovun keçmiş ittifaqın bütün hərbi orden və medallarına layiq görülmüş nadir hərbçilərdən biri kimi dəyərləndirməklə, onun eyni zamanda iki dəfə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülən yeganə azərbaycanlı olduğunu xüsusi qeyd edib. 

Mərasimdə teatrının aktyorlarının və "Gənc Aslanovçular klubu” üzvlərinin ifasında qəhrəmanlıq ruhlu ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Daha sonra “Dəmir atlı cəngavər” sənədli-bədii filminə baxış olub.

Yubiley mərasimi iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Ev-muzeyində davam etdirilib.

Muzeyin direktoru Tamara Fətullayeva bir daha generalın şərəfli ömür yolundan söz açıb və eyni zamanda iştirakçıları burada toplanmış eksponatlarla tanış edib. Qəhrəmanın büstü önündə "Gənc Aslanovçular klubu”nun üzvləri Azərbaycan şairlərinin Həzi Aslanova ithaf etdikləri şeirləri söyləyiblər.

Qeyd edək ki, 1969-cu ilin 9 mayında fəaliyyətə başlayan muzey bir neçə il öncə əsaslı təmir edilib.

Просмотров: 222 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031