Понедельник, 06.05.2024, 07:46
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 10 » Lənkəranda gənclər üçün ekoloji mövzuda maarifləndirici tədbir keçirilib
16:18
Lənkəranda gənclər üçün ekoloji mövzuda maarifləndirici tədbir keçirilib

      


Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhərində "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi və ATƏT-in Bakı Ofisi tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA Beynəlxalq Kampaniyası, "Təmiz Şəhər” ASC-nin birgə dəstəyi ilə təşkil olunan "Green Corps” Yay Məktəbi" keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, əsas məqsədi gənclərə ölkəmizin gələcək vətəndaşları kimi Eko-menecment (Ekoloji menecment), ətraf mühitin mühafizəsi və tədqiqatların düzgün aparılması sahəsində ilkin biliklərin verilməsi, layihələrin düzgün yazılması və idarə edilməsi, dünyagörüşünün genişlənməsi və onların  gələcəkdə ekoloji fəallara çevrilməsi məqsədi daşıyan tədbir iki hissədən - təlim-tədris və mədəni-idman proqramlarından ibarət olub.

Təlim-tədris proqramı çərçivəsində yerli və xarici ekspertlər tərəfindən iştirakçılara ekoloji layihələrin yazılması, idarə olunması, bu sahədə xarici təcrübə və metodologiya haqqında bilik və bacarıqlar aşılanıb. Proqramın davamı olaraq iştirakçılar komandalara ayrılaraq Azərbaycanın cənub bölgəsində olan mövcud ekoloji problemlərin həllinə istiqamətlənmiş layihələr yazıblar.  Komandalar tərfindən təqdim olunmuş layihələr arasında müsabiqə keçirilib. Müsabiqədən uğurla keçən 3 layihə maliyyələşdirilib və oktyabr-noyabr aylarında onların reallaşdırılması qərara alınıb.

Tədbir çərçivəsində həmçinin Hirkan Milli Parkında təbiətin qoynunda gənclərin asudə vaxtlarının səmərəli dəyərləndirilməsi və biliklərinin praktiki məşğələlərlə gücləndirilməsi üçün onlara müxtəlif komandaqurucu oyunlar, idman oyunları və əyləncəli tədbirləri özündə birləşdirən mədəni idman proqramı da təqdim olunub.

 

Просмотров: 215 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930