Воскресенье, 05.05.2024, 22:42
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Февраль » 1 » Lənkəranda Gənclər günü qeyd olunub
20:59
Lənkəranda Gənclər günü qeyd olunub



Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran şəhərində 2 fevral – Gənclər günü qeyd olunub. APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə şəhərdəki Gənclər Mərkəzində şənlik keçirilib. Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov iştirakçıları salamlayaraq, rayonda aparılan gənclər siyasəti və hazırda rayon gənclərinin sosial vəziyyəti haqqında danışıb.

 

Sonra Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik edib. Gənclər gününün təsis edilməsi tarixindən söz açan icra başçısı ölkədə gənclərə belə böyük dəyərin verilməsinin Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, məhz H.Əliyevin 1997-ci ildə imzaladığı fərman ilə 2 fevral – Gənclər günü kimi qeyd olunur.

 

T.Qaraşov bu gün də ölkədə gənclər siyasətinin uğurla davam etdirildiyini, gənclərin beynəlxalq səviyyədə təhsil alması, onların həyatın müxtəlif sahələrində layiqincə təmsil oluna bilməsi üçün geniş və hərtərəfli imkanların yaradıldığını, dövlət idarəçilik sistemində gənclərin önə çəkildiyini və bunun ölkə başçısı tərəfindən dəstəkləndiyini bildirib.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup gəncə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub.
Tədbir rayonun musiqi kollektivlərinin ifasında konsert proqramı ilə davam etdirilib.

Просмотров: 297 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2014  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
2425262728