Четверг, 13.12.2018, 18:51
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2016 » Январь » 17 » Lənkəranda evdən oğurluq edənlər yaxalanıb - YENİLƏNİB
08:41
Lənkəranda evdən oğurluq edənlər yaxalanıb - YENİLƏNİB

Lənkəran. Ağəddin Babayev –APA. Lənkəranda oğurluq hadisəsinin üstü açılıb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, naməlum şəxs və ya şəxslər tərəfindən  rayonun Daşdalığjar kənd sakini Südabə Qənbərovanın evindən ev sahibinə məxsus bir kiloqrama yaxın qızıl-zinət əşyalarını oğurlanıb. Hadisə barədə  ŞRPŞ-nə məlumat daxil olan kimi dərhal polis əməkdaşları hadisə yerinə baxış keçirərək, istintaq hərəkətləri üçün vacib olan izləri götürüblər.

 

S. Qənbərovanın qonşuluğunda yaşayan Nuriyyə Nağıyeva şübhəli şəxs qismində saxlanıldıqdan dərhal sonra hadisənin digər iştirakçısı, Astara rayonunun Kələdəhnə kənd sakini Mütəllim Əhədzadə də yaxalanıb.
İlkin araşdırmalardan müəyyənləşdirilib ki, saxlanılan Mütəllim Əhədzadə ev sahibinin ağzını bağlayaraq əlindəki bıçağı onun boğazına dirəyib və qızından evdəki qızılları gətirməsini tələb edib. Qəniməti əldə etdikdən sonra N. Nağıyeva və M. Əhədzadə ana ilə qızının əl-qolunu bağlayaraq evdən gediblər.
 

****

17.29

 

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda oğurluq hadisəsi baş verib. 

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Daşdalığjar kəndində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər kənd sakini Südabə Qənbərovanın evinə girərək, oradan ev sahibinə məxsus bir kiloqrama yaxın qızıl-zinət əşyalarını oğurlayıblar.  Hadisə barədə  dərhal Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə (ŞRPŞ) məlumat verilib. Polis əməkdaşları hadisə yerinə baxış keçirərək, istintaq hərəkətləri üçün vacib olan izləri götürüblər.
 

 

Hazırda Lənkəran ŞRPŞ-də oğurluq faktını törətmiş şəxslərin yaxalanması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Просмотров: 59 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2016  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031