Понедельник, 06.05.2024, 00:02
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 29 » Lənkəranda ev yanıb
13:59
Lənkəranda ev yanıb


Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayonunda güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə sentyabrın 29-da saat 03.40 radələrində rayonun Vel kənd sakini, 1972-ci il təvəllüdlü İqbal İsabala oğlu Ramazanova məxsus birmərtəbəli, üçotaqlı fərdi yaşayış evində qeydə alınıb.   

Yanğın barədə "101” xidmətinə məlumat daxil olan kimi hadisə yerinə iki yanğınsöndürən maşın göndərilib və onların səyləri ilə güclü alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Xəsarət alan olmasa da, yanğın nəticəsində ümumi sahəsi 160 kv.m. olan ev içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. İlkin versiya kimi yanğına elektrik naqillərində qısaqapanmanın səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 
Просмотров: 253 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930