Среда, 01.05.2024, 01:36
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 12 » Lənkəranda ev külə dönüb
14:24
Lənkəranda ev külə dönüb

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda fərdi yaşayış evi yanaraq kül olub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 11-dən 12-nə keçən gecə rayonun Digah kənd sakini, 1972-ci il təvəllüdlü Əsmər Adil qızı Şükürovaya məxsus birmərtəbəli, 1 otaqlı fərdi evdə qeydə alınıb.

Yanğın baş verən zaman evdə heç kim olmadığından hadisədən xəbər tutan qonşular “101” xidmətinə zəng ediblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi gəlib. Onların səyi ilə güclü alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 20 kv.m olan ev içindəki əşyalarla birlikdə yanaraq kül olub.

Faktla bağlı araşdırma aparılır.

Просмотров: 253 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031