Понедельник, 29.04.2024, 07:01
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 12 » Lənkəranda elektron xidmətlərin təqdimatı keçirilib
15:00
Lənkəranda elektron xidmətlərin təqdimatı keçirilib



İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə iyulun 12-də Lənkəranda Cənub bölgəsinin sahibkarları üçün elektron xidmətlərin növbəti təqdimatı keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin  və 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov açaraq ölkəmizdə, o cümlədən Lənkəran rayonunda sahibkarlığın inkişafı sahəsində yaradılmış münbit şəraitdən və görülmüş işlərdən danışıb.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, Nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikası prezidentinin 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin saytında elektron xidmətlər bölməsi yaradılıb. Bölmədə nazirlik tərəfindən verilən lisenziyalar və sertifikatlar, kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması, xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə və digər sənədlərin elektron forması yerləşdirilib, göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların real vaxt rejimində elektron formada ödənilməsi təmin olunub.

Tədbirdə icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) barədə də məlumat verilərək, sahibkarların elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Qeyd olunub ki, bu internet saytı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə və fəaliyyətini genişləndirərək yeni sahələrdə çalışmaq istəyən sahibkarlara fəaliyyətin növündən asılı olaraq tələb edilən icazə xarakterli sənədlər, onların alınması proseduraları, təqdim edilməli sənədlər, həmin icazələrin verilmə və qüvvədə olma müddətləri, bu icazələri verən dövlət orqanları barədə məlumatları vahid mənbədən əldə etmək imkanı yaradır.

Saytda yaradılmış "Sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri” bölməsi vasitəsilə sahibkarlar məlumatlılıq səviyyəsinin yüksəldilməsilə yanaşı, qanunvericilik aktlarının hazırlanmasında birbaşa iştirak imkanı əldə edəcəklər.

Beynəlxalq Maliyyə Korporasiyasının "İnvestisiya mühiti layihəsi”nin əməkdaşı İlham Abdullayev sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesteri (www.yoxlama.gov.az), "Minimax” şirkətinin nümayəndəsi Cavid Xəlilov isə www.biznesinfo.az  internet portalının sahibkarlar üçün yaratdığı imkanlar barədə ətraflı söz açmaqla, sahibkarların məlumatlılıq səviyyəsinin artırılmasında əhəmiyyətini qeyd ediblər.

Tədbirdə Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyesterinin əməkdaşı Əfqan İmanzadə sahibkarların maliyyə mexanizmlərinə çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təqdimatlarla çıxış edib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının şöbə müdiri Emil Süleymanov isə iştirakçıları Konfederasiya tərəfindən sahibkarlara göstərilən xidmətlər barədə məlumatlandırıb.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

 

Просмотров: 236 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031