Суббота, 04.05.2024, 19:13
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Январь » 5 » Lənkəranda dəhşətli yol qəzasında bir ailənin üç üzvü ölüb
18:51
Lənkəranda dəhşətli yol qəzasında bir ailənin üç üzvü ölüb





Lənkəran. Ağəddin Babayev –APA. Azərbaycanın Lənkəran rayonunda dəhşətli yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 5-də saat 10.30 radələrində Ələt-Astara magistralının 181-ci kilometrliyində - rayonun Qumbaşı kəndindən keçən hissəsində qeydə alınıb.

Şəki rayon sakini Fuad Həsənovun idarə etdiyi "VAZ-2103” markalı, 02 BA 768 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn, Səxavət adlı sürücünün idarə etdiyi "Volvo” markalı, 99 JE 292 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşınının yoluna çıxaraq onun altına girib.

Nəticədə "VAZ-2103”-ün sürücüsü və avtomobildə olan sərnişinləri - həyat yoldaşı ilə qızı Məhəbbət Həsənova hadisə yerində ölüblər. Hər üç şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

İlkin versiya kimi hadisəyə "VAZ-2103” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulayaraq "Volvo”nun yoluna çıxmasının səbəb olduğu bildirilir. Qəzaya uğramış ailə Lənkəranda hərbi qulluq keçən övladlarının yanına gəlirmiş.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Просмотров: 211 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031