Четверг, 28.03.2024, 12:28
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 6 » Lənkəranda bir ailənin üç üzvünü maşın vurub, 8 yaşlı uşaq ölüb
12:14
Lənkəranda bir ailənin üç üzvünü maşın vurub, 8 yaşlı uşaq ölüb
 
Lənkəran. Ağəddin Babayev –APA. Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 5-də, gecə rayonun Şıxəkəran kəndi ərazisində qeydə alınıb.

Masallı rayonunun Mololon kənd sakini, 1989-cu il təvəllüdlü Saleh Etibar oğlu Rzayev idarə etdiyi “VAZ-2107” markalı, 44 BH 400 dövlət nömrə nişanlı minik maşını ilə hərəkətdə olarkən piyadalar - bir ailənin üzvü olan kənd sakinləri, 1976-cı il təvəllüdlü Oruc Sədaqət oğlu Rəhimovu, onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Elnarə Məmməd qızı Rəhimovanı və onların 2007-ci il təvəllüdlü qızları Tünzalə Rəhimovanı vurub. Güclü zərbədən 8 yaşlı Tünzalə Rəhimova hadisə yerindəcə dünyasını dəyişib. O. Rəhimov və E. Rəhimova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan hər iki yaralıya müvafiq tibbi yardım göstərilib, onların vəziyyəti ağırdır.

Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Просмотров: 236 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728