Суббота, 27.04.2024, 21:27
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Декабрь » 27 » Lənkəranda bayram yarmarkası keçirilib
16:53
Lənkəranda bayram yarmarkası keçirilib

Lənkəran. Ağəddin Babayev -APA. Dekabrın 27-də Lənkəran şəhərindəki dəmiryolu vağzalyanı meydanda kənd təsərrüfatı və ərzaq məhsullarının ənənəvi bayram yarmarkası keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yarmarkanın məqsədi bazarlarda süni qiymət artımının qarşısını almaqdan ibarət olub.

Səhər saat 9:00 radələrindən başlayan yarmarkada Bakı şəhərindən və respublikanın ayrı-ayrı  rayonlarından 47 firma və şirkət iştirak edib. Satışa müxtəlif çeşiddə 470 tondan artıq məhsul  çıxarılıb. Bu məhsullar bazarla müqayisədə 25-30 faiz aşağı qiymətə satılıb.

Просмотров: 221 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2014  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031