Среда, 01.05.2024, 18:57
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2013 » Апрель » 11 » Lənkəranda baş verən yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb
20:29
Lənkəranda baş verən yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb


Lənkəran. Ağəddin Babayev - APA. Azərbaycanın Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə aprelin 10-da saat 20.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb.

 

Lənkəranın Girdəni kənd sakini, 1990-cı il təvəllüdlü Sakit Qadir oğlu Bayramovun idarə etdiyi "VAZ-2107” markalı, 42 BM 987 dövlət nömrə nişanlı avtomobil Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Cavanşir Fəyaz oğlu Tahirovun idarə etdiyi "VAZ-21074” markalı, 10 GL 595 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

 

Nəticədə "VAZ-21074”-nin sərnişini, rayonun Vilvan kənd sakini, 1981-ci il təvəllüdlü  Qadir Məhərrəməli oğlu Rzayev aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Həmin avtomobilin sürücüsü ilə digər avtomobilin sərnişinləri - Lənkəranın Girdəni kənd sakini, 1990-cı il təvəllüdlü İdrak Salman oğlu Paşayev və Osakücə kənd sakini, 1969-cu il təvəllüdlü Arzu Əsəd oğlu Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Müalicə-Diaqnostika mərkəzinə yerləşdiriliblər.

 

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.


Просмотров: 240 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Апрель 2013  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930