Четверг, 13.12.2018, 18:51
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Апрель » 13 » Lənkəranda baş verən yol qəzasında 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb
08:54
Lənkəranda baş verən yol qəzasında 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb
Yol qəzasında xəsarət alanları xəstəxanaya aparan təcili tibbi yardım maşını başqa avtomobillə toqquşub

Lənkəran. Ağəddin Babayev –APA. Azərbaycanın Lənkəran rayonunda iki nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən iki yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, birinci hadisə ötən gecə saat 22.30 radələrində Ələt-Astara magistralının 205-ci kilometrliyində - Aşağı Nüvədi qəsəbəsi ərazisində qeydə alınıb. Lənkəran rayonunun Kərgəlan kənd sakini, 36 yaşlı Xəzail Feyruz oğlu Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı, 42 BK 708 dövlət nömrə nişanlı minik avtomobili rayonun Sütəmurdov kənd sakini, 47 yaşlı Rövşən Gülağa oğlu Gənciyevin idarə etdiyi “Mercedes” markalı, 99 TK 046 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki avtomobilə ciddi ziyan dəyib, həmçinin “VAZ-2106”-nın sərnişini, 69 yaşlı Xalidə Barat qızı İbadova aldığı xəsarətdən hadisə yerində ölüb. Digər sərnişinlər - 17 yaşlı Nurlan Xəzail oğlu Hüseynov, 17 yaşlı Nuranə Adil qızı Hüseynova, 18 yaşlı Rəşad Şahab oğlu İbadov, 10 yaşlı Nuray Xəzail qızı Hüseynova və 7 yaşlı Nazim Xəzail oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınına qoyularaq, xəstəxanaya yola salınıblar.

Təcili tibbi yardım maşını hadisə yerindən ayrıldıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Yaralıları daşıyan Lənkəran şəhər sakini, 52 yaşlı  Şamil Abdulkərim oğlu Qasımovun idarə etdiyi “Mercedes Vito” markalı, 90 JX 677 dövlət nömrə nişanlı təcili tibbi yardım maşını Ələt-Astara yolunun 203-cü kilometrliyində Lənkəranın Siyavar kənd sakini, 26 yaşlı Rəhman Əliverdi oğlu Sadıqovun idarə etdiyi “VAZ-2107” markalı, 10 CU 472 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ-2107”-nin sürücüsünün azyaşlı qızı, 9 aylıq  Zəhra Sadıqova aldığı xəsarətlərdən hadisə yerində ölüb. “VAZ-2107”-nin sürücüsü də daxil olmaqla daha 3 sərnişini – 29 yaşlı  Günel Eldar qızı Rəhmanova, Elçin Camal oğlu Rəhmanov və 7 yaşlı Elvin Elçin oğlu Rəhmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya və reanimasiya şöbələrinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Просмотров: 91 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Апрель 2015  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930